“Meqa Sığorta” ASC ilə UNEC-in uğurlu əməkdaşlığı davam etməkdədir - FOTO

 09:53 24.02.2025     80

“Meqa Sığorta” ASC və “UNEC”–in birgə əməkdaşlığı çərçivəsində “Sığorta ilə dayanıqlı gələcək” adlı təlimə müxtəlif ixtisaslarda təhsil alan bir çox tələbələr qatılmışdılar.

3 gün davam edən təlimdə tələbələr sığorta sahəsinin ilkin biliklərini əldə etmiş və bir çox sığorta növləri haqqında ətraflı məlumatlara sahib olmuşdular. Eyni zamanda proqram çərçivəsində iştirakçılar “Meqa Sığorta” ASC-nin baş ofisində müxtəlif departamentlərin əməkdaşları ilə görüşlər keçirərək, iş mühiti ilə yaxından tanış olublar. Tələbələrin böyük həvəslə qatıldığı bu təlimin sonunda isə iştirakçılara qazandıqları nəzəri və praktiki biliklərə görə “Meqa Sığorta” ASC tərəfindən Sertifikatlar təqdim olunmuşdur.

22