Xocalının Ballıca kəndinə daha 22 ailə köçürüldü - FOTO

 15:41 24.02.2025     222

Keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Xocalı rayonuna qayıdışı davam edir.

Redaktor.az xəbər verir ki, fevralın 24-də növbəti köç karvanı respublikamızın müxtəlif şəhər və rayonlarından Xocalıya yola salınıb.Bu mərhələdə 95 nəfərlik 22 ailə artıq daimi yaşamaq üçün Ballıca kəndindəki fərdi yaşayış evlərinə yerləşdirilib.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Xocalı rayonuna köç edən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə,  torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib və bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Ballıca kəndində mənzillərin açarları təqdim edilib, onlara doğma torpaqlarında xoşbəxt həyat arzulanıb.

Bununla da bu günə qədər Ballıca kəndində 112 ailə, yəni 562 nəfərin daimi məskunlaşması təmin olunub.

12:40

***

Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

Redaktor.az xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 22 ailə - 95 nəfər köçürülür.

Fevralın 24-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb.

Bu gün baş tutan köç də nəzərə alınmaqla Ballıca kəndinə indiyədək cəmi 112 ailə (562 nəfər) köçürülüb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

222222