“Azəriqaz” İB daha bir sertifikata layiq görüldü

 16:06 25.02.2025     97

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2024-cü il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib.

Redaktor.az xəbər verir ki, qiymətləndirmənin nəticələrinə əsasən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi hüquqi şəxslər arasında ən yüksək göstəriciləri olan qurumlar sırasında 2-ci yerə layiq görülərək sertifikatla təltif edilib.