"Bir vaxtlar şagird kimi getdiyim məktəbdə indi müəllim kimi çalışıram" - VİDEO

 12:19 26.02.2025     168

Baku TV "Böyük Qayıdış" proqramı çərçivəsində Xocalının Ballıca kəndinə qayıdan sakinlərlə həmsöhbət olub.

33 il sonra doğma yurduna dönən sakinlər deyirlər ki, kənddə bərpa edilən fərdi yaşayış evlərində keçmiş məcburi köçkünlərin məskunlaşması üçün hər cür şərait yaradılıb.

"Ailəm, dörd övladımla birlikdə gəlmişəm. Evimiz-eşiyimiz qaydasındadır. Tezliklə işlə təmin olunacağam. Prezidentlə görüşümüz də yüksək səviyyədə keçdi. Həmin anların yaşanmasına çox şad olduq", - sevinc hisslərini bölüşərkən Xocalı sakini söyləyib.

"Ali Baş Komandana bu sevinci bizə yaşatdığı üçün təşəkkür edirəm. Bir vaxtlar şagird kimi gedib-gəldiyim məktəbdə indi müəllim kimi çalışıram. Sevincimin həddi-hüdudu yoxdur", - başqa bir sakin deyib.

Daha ətraflı Baku TV-nin süjetində: