Gülsüm Xəlilovadan Xocalı paylaşımı - FOTO

Krımın Rusiya tərəfindən işğalından sonra Ukraynanın paytaxtı Kiyevdə fəaliyyət göstərən "Krım Tatar" kanalının əməkdaşı, tanınmış jurnalist Gülsüm Xəlilova özünün "X" hesabında Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
Redaktor.az həmin paylaşımı təqdim edir:
"Erməni qüvvələri 613 Azərbaycan türkünü qətlə yetirib, 1275 nəfəri əsir götürüb... Əsirlərin bəziləri ilə bağlı hələ ki, xəbər yoxdur.
Azərbaycan ordusu Xocalı soyqırımının qisasını alsa da, bəşər tarixində qara ləkə olan Xocalı Soyqırımının acısı 33 ildir ki, sönmür".
Qeyd edək ki, Krım tatarlarından olan Gülsüm Xəlilova Rusiyanın işğalçılıq siyasətinə qarşı kəskin mövqeyi ilə bağlı tanınır.
Turan İSMAYIL
