Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Redaktor.az xəbər verir ki, dövlət başçısı bununla bağlı özünün "X" hesabında paylaşım edib.
"Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı Soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm.
Yaxşı və pis gündə bir yerdə olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm", - deyə Ərdoğan yazıb.
Turan İSMAYIL
Acısını hiçbir zaman unutmayacağımız, hüznünü hep içimizde taşıyacağımız Hocalı Katliamı’nın 33’üncü yıl dönümünde, katledilen Azerbaycanlı kardeşlerimizi rahmetle yâd ediyorum.
— Recep Tayyip Erdoğan (@RTErdogan) February 26, 2025
İyi ve kötü günde yekvücut olduğumuz kardeş Azerbaycan halkına taziyelerimi iletiyorum. pic.twitter.com/vpWyfRseLq