Prokurorluq orqanlarında işləyən qadınların sayı açıqlandı

Prokurorluq orqanlarında 524 qadın işləyir.
Redakor.az-ın məlumatına görə, bunu Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova bu gün “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunan konfransda çıxışı zamanı bildirib.
"Ümumilikdə prokurorluq orqanlarında işləyən 2 300 nəfərdən 524-ü qadındır", - o deyib.
Onun sözlərinə görə, pokurorluq orqanlarında çalışan 1310 nəfər prokurorluq işçisinin 127-si, yəni 9,7 faizi qadınlardan ibarətdir: "Həmçinin dövlət qulluğu əsasında çalışan 990 nəfərin 397-si, yəni 40,1 faizi qadınlardır", - A.Osmanova billdirib.