Peşə təhsili ilə bağlı layihənin icrasına başlanıldı

 18:41 27.02.2025     69

"Azərbaycan Jurnalistlər Şəbəkəsi" İB “Ölkədə peşə təhsilinə marağın artırılmasına dəstək” adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi peşə təhsili barədə ictimaiyyətdə mövcud olan stereotipləri qırmaq və gənclər arasında peşə təhsilinə marağın artırılmasına nail olmaqdır.  

Layihə çərçivəsində gənclərdə peşə təhsilinə marağın yaradılması, onların gələcək peşə karyerasının qurulmasında zəruri məsləhətlərin verilməsi nəzərdə tutulur. Bunun üçün layihə iştirakçıları üçün peşəkar təlimlərin təşkili, cəmiyyətdə ictimai rəyin formalaşmasında böyük rol oynayan, yaradıcı kontent vasitəsilə brendin hədəf auditoriyasının diqqətini çəkə bilən influencerlərlə görüşlərin keçirilməsi, həmçinin uğur hekayələrinə həsr olunan videoçarxların hazırlanması planlaşdırılır. 

Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.