Azərbaycanlı cərrah ölkəmizi Hindistanda keçirilən beynəlxalq konqresdə uğurla təmsil etdi - FOTO

 09:57 28.02.2025     152

20-22 fevral tarixlərində Hindistanın ən böyük şəhərlərindən biri olan və daha önəmli mövqe tutan Mumbaidə İFSO-nun (Obezite üzrə Beynəlxalq Cərrahlar Federasiyası) təşkilatçılığı ilə 9-cu Asiya və Pasifik ölkələri üzrə Chapter, 22ci OSSİCON Meeting konqresi baş tutub.

Redaktor.az xəbər verir ki, konqresdə ölkəmiz üzrə, hətta bütün Qafqaz ölkələri üzrə Spiker və iştirakçı, İFSO-nun ölkəmiz üzrə tək rəsmi daimi üzvü, ABMCA-nın təsisçisi və sədri, Modern Hospitalın direktoru, bariatrik metabolik cərrah PhDr. Taryel Ömərov olub.

“9th İFSO -APC” konqresində iştirakını uğurla başa vuran Dr. Taryel Ömərov Konqresdə 1 mövzu üzrə Spiker, 1 paneldə isə Moderator olaraq iştirak edib. Həkimimiz qeyd edir, “Konqresin əsas məqsədi, əlbətdə ki, dünyada günümüzdə sürətlə yayılan hədsiz piylənmə və piylənmənin bərabərində gətirdiyi xəstəliklərin müalicəsinə dair yeni bilikləri, təcrübələri paylaşmaq, həmçinin insanları bu istiqamətdə maarifləndirmək üçün mövcud texnoloji yeniliklərlə inteqrasiyada həll üsullarının öyrənilməsi olub. Nəticə olaraq yüzlərlə yeni tanışlıqlar, dostluqlar əldə etməklə, Azərbaycan Səhiyyəsindəki son inkişafla, yeniliklərlə bağlı dünya həkimlərinə bəhs etməklə konqresi başa vurduq. Yeni biliklər, yeni metodlar və ən əsası isə Bariatrik Metabolik cərrahiyyəmizi Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayland, İran, Avstraliya, Filippin, Tayvan, Yeni Zellandiya və s. kimi Dövlətlərin iştirakı ilə formalaşan Konqresdə təmsil etməmiz qürurverici idi.

Baxmayaraq ki, 2008-ci ildən Ölkə xaricində olan onlarla beynəlxalq konqreslərdə iştirak edib, ölkəmizi təmsil etmişik və 2012-ci ildən bu sahəni təbliğ edən konqreslərə daha çox üstünlük vermişəm, amma bu konqresin də mənim üçün tam fərqli bir təəssürat yaratdığını desəm yanılmaram.

Fəaliyyətimiz və fəaliyyətimizdəki ən böyük motivasiyamız Ölkə səhiyyəmiz və xalqımız üçün hər zaman çalışmaq, faydalı olmaq, sağlamlıq istiqamətində minlərlə insana tövhə verə bilməkdir”.

Redaktor.az

22222222222222