Şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr edilmiş tədbir keçirildi - FOTO

Naxçıvan şəhər 8 nömrəli orta məktəbdə qardaşım Şəhid Mayor Vüsal Vəliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Bu haqda Redaktor.az-a xəbər verir ki, bu haqda şəhid qardaşı Elyar İslamoğlu məlumat verib.
Tədbirdə şəhidin anası, yaxın qohumları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Qardaşımın oğlu Tuqay həmin məktəbdə təhsil alır.
Tədbirə görə məktəbin direktoru Günay xanım və ibtidai sinif müəllimi Nərminə xanıma xüsusi təşəkkür edirəm.
Qeyd edək ki, şəhid Vüsal Vəliyev Heydər Əliyev adına Hərbi Liseyi bitirəndən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini də uğurla başa vurub. Beyləqan, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl rayonlarında Murovdağ silsiləsində xidmət keçib, mayor rütbəsinədək yüksəlib. Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanan əks-hücum əməliyyatında Murovdağda, Murov yüksəkliyinin azad edilməsi əməliyyatında iştirak edib. Noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabrda Şərur şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. O, hərbi xidmət dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Əfqanıstanda sülhməramlı missiyaya görə" medalı , Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən isə "Vətən uğrunda", “İgidliyə görə” medalı və “Azərbaycan Bayrağı” ordeniylə təltif edilib.


