Qarlı havada xəsarət alanların sayı AÇIQLANDI

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar 28.02.2025-ci il-02.03.2025-ci il tarixlərində 21-i qadın, 18-i kişi olmaqla, 39 nəfərin müraciəti qeydə alınıb.
Redaktor.az-ın məlumatına görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 35 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.
4 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb.