“Bizi o tanış etmişdi, övlad istəyirdik” – Hökümənin Etibarı - VİDEO

E.Əliyev qeyd edib ki, Hökumə Əliyeva ilə hava limanında işləyən bacısı vasitəsilə tanış olaraq ailə həyatı qurublar.
Redaktor.az xəbər verir ki, ötən ilin dekabrın 25-də AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev İTV-yə müsahibəsində mərhum həyat yoldaşından danışıb.
Hüquq təhsili alan H.Əliyeva 4 dil bilib. Fəaliyyəti dönəmində uşaqlar üçün kitab da yazıb. E.Əliyev qeyd edib ki, Hökumə Əliyeva ilə hava limanında işləyən bacısı vasitəsilə tanış olaraq ailə həyatı qurublar: “İstəyimiz o idi ki, şəhərin mərkəzinə köçək və bir övladımız olsun. Allahın bizim üçün olan planı başqa oldu. Digər bütün şəhidlər kimi yoldaşım da sağdır və Allahın yanındadır. Yoldaşımın bildirdiyi kimi, hər şey yaxşı olacaq. Mən inanıram ki, cinayətkarlar tapılacaq və cinayət məsuliyyətinə cəlb olunacaqlar”.