Dövlət qurumu xəstəxana direktoruna cərimə yazdı, məhkəmə ləğv ETDİ

 18:45 04.03.2025     63

Dövlət Əmək Müfəttişliyi Xidməti Qusar Rayon Mərkəzi Xəsətəxanasının direktoru Kamil Hacıyevi inzibati məsuliyyətə cəlb edib. 

Redaktor.az "Qaynarinfo" istinadla xəbər verir ki, Xidmət direktora İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsi ilə 1700 manat cərimə yazıb. 

Qurumun qərarı ilə razılaşmayan Kamil Hacıyev məhkəməyə şikayət edib. 

Onun şikayətinə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb və inzibati xəta haqqında icraata xitam verilib.