Musa Qasımlı Yardımlıda sakinlərlə görüşdü - FOTO

 14:32 05.03.2025     242

Milli Məclisin deputatı, parlamentin sədr müavini Musa Qasımlı vətəndaş qəbulu cədvəlinə uyğun olaraq martın 5-də Yardımlı rayonunda sakinlərlə görüşüb.

Redaktor.az xəbər verir ki, vitse-spiker bu barədə özü məlumat verib.

"Gavran kənd sakinləri ilə görüşdüm və məktəbə baş çəkdim. Qız övladlarımızın arasında hər il ali məktəblərə qəbul olanların sayının artması sevindiricidir" - deyən millət vəkili bu gün Yardımlı rayonunun Şiləvəngə kənd sakinləri ilə də görüşüb, həmin kəndin məktəbində olub.

Vitse-spiker Yardımlı şəhərində deputat ofisində rayon Ağsaqqallar Şurasının sədri Etibar Əməşov, rayon Veteranlar Təşkilatının sədri Zakir İmanov və bir neçə şəxslə də görüşüb.

Turan İSMAYIL

22222222222222222
Vumart və Güvən reklamı Vumart Güvən