Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin NƏZƏRİNƏ!

 13:25 06.03.2025     146

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yolötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, avtomobil yolunun qeyd edilən hissəsində 08 mart 2025-ci il saat 10:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. 

Bu barədə Redaktor.az-a AAYDA-dan məlumat verilib.

Bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.