“Başını yastığa qoya bilmirsən, səsdən yastıq belə tərpənir” - VİDEO

 09:10 12.03.2025     143

Paytaxtın Səbail rayonundakı XS gecə əyləncə mərkəzi ətrafda yaşayan narazılıqlara səbəb olub.

Redaktor.az xəbər verir ki, sözügedən məkanın yerləşdiyi binanın sakinləri səs-küyün onları narahat etdiyini deyirlər.

“Səs bizi çox narahat edir. Axşam 10-11-də başlayır, səhər 6-7-yə qədər davam edir. Başını yastığa qoya bilmirsən, səsdən yastıq belə tərpənir”, – deyə sakinlərdən biri bildirib.

Əyləncə məkanın sahibi isə deyir ki, obyektin tavanından döşəməsinədək izolyasiya olunub, məkandan nəinki aşağı mərtəbələrə hətta küçəyə belə səs  yayılmır.

Ətraflı “Xəzər TV”nin süjetində: