"Azəriqaz" rəhbərliyi növbəti vətəndaş qəbulu KEÇİRƏCƏK

 09:56 12.03.2025     101

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Cəlilabad rayonunda vətəndaş qəbulu keçiriləcək.

Redaktor.az xəbər verir ki, 14 mart saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Lənkəran Regional qaz istismarı İdarəsinə (tel: 051-792-79-95; 050-845-96-81) müraciət edə bilərlər.

Açıklama yok.