Naxçıvanın bu ərazilərində su OLMAYACAQ

 11:46 12.03.2025     106

Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, Naxçıvan şəhərinin Babək, 56, 58-ci məhəllələri, Qaraçuq, Qaraxanbəyli, Bulqan kəndlərini, H. Rəhmanov və bir sıra əraziləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı martın 12-də suyun verilməsi dayandırılacaq.

Qeyd edilib ki, təmir-bərpa işlərinin gün ərzində yekunlaşdırılması planlaşdırılır.