"Rabitəbank" ASC-dən açıq tender ELANI

 18:08 12.03.2025     138

Tenderin adı: Radio kanallarda reklam yayımı

Tenderin elan tarixi: 12.03.2025

Tenderin son tarixi: 19.03.2025, saat 13:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

  • Xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi referanslar (referanslar və tövsiyyə məktubları zərfə əlavə olunsun)
  • Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi (Qiymət vergi daxil göstərilməlidir, ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq)

Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:

  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
  • Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına  göndərilməlidir.
  • Tenderin texniki şərtləri, hal-hazırkı şəkilləri, materiallar haqqında məlumatı linkə https://rbt.az/rd-tndr keçid edərək əldə edə bilərsiniz. Əlavə suallarınız yaranarsa, [email protected][email protected] elektron poçt ünvanlarına yaza və ya +99451 271-48-48 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.