"Ayaz Salayevin rus dilindən başqa heç nəyi yoxdur"

 09:53 13.03.2025     160

Ayaz Salayevi çox yaxşı başa düşürəm, adamın rus dilindən başqa heç nəyi yoxdur.

Ciddi film: Yox

Ciddi ssenari: Yox

Ciddi bir dərslik kitabı: Yox

Müasir kino haqda bilgiləri: Yox.

Camaatın inqilab elədiyi yaşda apardığı verilişin də adı "Retro" idi. İndiyə retro qalar, manıs? Netflix əsrindəyik e... Əlində ortabab bir planşet gir internetə hər saat üçün ayrıca bir "Retro" verilişi tap. Həm də sovet efirindən qat-qatüstün, qat-qat keyfiyyətli, qat-qat azad, qat-qat səmimi...

Filmlər haqqında nəinki sənədli, hətta bədii filmlər çəkilir.

Ən dəhşətlisi, Ayaz müəllimin Kino Təəssübkeşliyi, Səmimi Sənət Sevgisi də yoxdur ki, ona sığınıb təskinlik tapsın. O, Andrey Tarkovski, Pozalini, Paracanov kimi fədakar şəxsiyyətlər yetirən kino sənəti ilə ləyaqətli münasibətini Əli Həsənovun fitvası ilə Rüstəm İbrahimbəyovdan 30-cu illər donosu yazanda itirdi.

İndi o yalnız iki şey bacarır: yaxşı yemək yemək və boş-boş danışmaq...

Xülasə, rus dilini, rus dili mövzusunu Ayaz Salayevin əlindən al, iynə dəymiş şar kimi partalayacaq və yerdə yaxşı qoxu gəlməyən havadan başqa heç nə qalmayacaq.

Şərif Ağayar,

yazıçı