Sumqayıtı Sarayla birləşdirən yeni körpü artıq hazırdır - VİDEO

Sumqayıtı Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən körpünün martın sonu - aprelin əvvəlində istifadəyə veriləcəyi ilə bağlı məlumat vermişdik.
Redaktor.az xəbər verir ki, aznews.az yeni körpünün görüntülərini paylaşıb.
Görüntülərdən də aydın olur ki, artıq körpüdə son tamamlanma işləri aparılır və istifadəyə hazır vəziyyətə gətirilib. Avtomobillər üçün açılmasa da, piyadalar körpü üzərindən hərəkət edirlər.
Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.
Sözügedən görüntüləri təqdim edirik: