ADY yanvar-fevral aylarında 1.4 milyondan çox sərnişin daşıyıb

"Azərbaycan Dəmir Yolları" QSC bu ilin yanvar-fevral aylarında 1.4 milyondan çox sərnişin daşıyıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 12% üstələyir.
Redaktor.az bu barədə ADY-yə istinadla xəbər verir.
Məlumata görə, qatarla səfər edən xarici turistlərin sayı 38% artaraq 3763 olub.
