Ənvər Həsənov dəfn olundu

 14:19 17.03.2025     108

Xalq artisti Ənvər Həsənov dəfn olunub.

Redaktor.az xəbər verir ki, mərhumla əvvəlcə evində vida mərasimi keçirilib.

Mərasimdə aktyorun ailə üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra mərhumun cənazəsi Buzovna qəsəbəsi qəbiristanlığına aparılaraq torpağa tapşırılıb.

Qeyd edək ki, Ənvər Həsənov martın 16-da 75 yaşında vəfat edib.