Bakının bu ərazisində qaz KƏSİLƏCƏK

 09:16 19.03.2025     119

Bu gün Bakının Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Redaktor.az bu barədə “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Xəzər rayonunun Mərdəkan prospektində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə martın 19-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Mərdəkan qəsəbəsində İ.Nəsimi, Ş.İ.Xəqani, M.Ə.Sabir, Məmmədyarov və Aviaşəhərcik küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaqdır.