“Qaravəlli” Xeyriyyə Cəmiyyəti bu şəxslərə ət və pul yardımı etdi - FOTO

Ağcabədi rayonunun Qaravəlli kəndindən olan, Rusiyada yaşayan iş adamları “Qaravəlli” Xeyriyyə Cəmiyyəti qurublar.
Redaktor.az xəbər verir ki, cəmiyyətin büdcəsi üzvlərin ianələri hesabına toplanır.
Xeyriyyə Cəmiyyəti davamlı olaraq kəndin abadlaşmasına, şagirdlərə paltar, məktəb ləzavimatları alınmasına, yolların, körpülərin yenilənməsinə, xəstələrin müalicəsinə, imkansızlara yardımlar edirlər. Eyni zamanda, Novruz, Ramazan, Qurban bayramlarında kəndin kasıb ailələrinə ərzaq paylayırlar və başqa problemlərin həllinə yatırım qoyurlar.
Xeyriyyə Cəmiyyəti bu dəfə də, mart ayının 18-də həm ilaxır çərşənbəsi, həm də Ramazan adına, ağsaqqalların xeyir-duaları ilə maddi imkanı aşağı olan kənd əhalisinə ət və pul yardımı edib.
Aytəkin TOFİQQIZI







