Türk Dünyası Novruz Festivalı keçirilir - FOTO

 13:23 22.03.2025     157

Bu günlərdə Şimali Kipr Türk Cümhuriyyətində Türk Dünyası Novruz Festivalı keçirilir. Festival bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

Redaktor.az
xəbər verir ki, festivalda bütün türk dövlətlərindən gəlmiş millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri iştirak edirlər.

Azərbaycan Respublikasını Milli Məclisin üzvləri, Sosial siyasət komitəsinin sədri Musa Quliyev və Azərbaycan-Şimali Kipr Parlamentlər arası işçi qrupunun rəhbəri Cavanşir Feyziyev təmsil edirlər. Milli Məclis üzvlərini ölkə başçısı cənab Ersin Tatar və Cümhuriyyət Məclisi başkanı cənab Ziya Öztürklər öz iqamətgahlarında qəbul ediblər. 

3 gün ərzində davam edən Novruz Festivalında bütün türk dövlətlərindən, o cümlədən Azərbaycan Respublikasından gəlmiş sənətçilər çıxışlar edirlər. Bu günün sonunda Festivalın bağlanışına həsr olunmuş Qala-konsert olacaq. Qala-konsertdə türk dünyasından gəlmiş qonaqlarla bərabər Şimali Kipr Türk Respublikasının dövlət və hökümət başçılarının, nazirlərin və çoxsaylı ictimai-siyasi xadimlərin  iştirakı gözlənilir.

2