Azərbaycan türkləri Urmiyada etiraza qalxdılar

Güney Azərbaycanın Urmiya şəhərində etiraz aksiyaları geniş vüsət alıb.
Redaktor.az xəbər verir ki, şəhərin türkdilli əhalisi – Azərbaycan türkləri Urmiyanın tarixi və mədəni kimliyinə qarşı yönəlmiş hər hansı dəyişikliyi qəbul etmir və bu məsələdə İran hökumətinin siyasətinə açıq şəkildə etirazını bildiriblər.
Onlar türk düşmənlərinə, Qərbin və İran rejiminin dəstəklədiyi terror təşkilatlarına və onların havadarlarına küçələrə çıxamqla etirazlarını ifadə ediblər.
Aksiya iştirakçıları "Azərbaycan var olsun, istəməyən kor olsun!", “Urmu Kürdüstan olmaz, bu torpaqdan pay olmaz!” şüarları səsləndiriblər