İlin ən güclü maqnit qasırğası BAŞLADI

 10:20 24.03.2025     170

Ötən gün Yer kürəsində G3 səviyyəsində maqnit qasırğası başlayıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı “zakon.kz” məlumat yayıb.

Ekspertlərin fikrincə, maqnit qasırğası 2025-ci ilin əvvəlindən müşahidə olunan ən güclü qasırğadır.

Qasırğa ilə bağlı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun əməkdaşları əhaliyə xəbərdarlıq ediblər.

Qeyd edək ki, maqnit qasırğasına səbəb Günəşdə baş verən güclü partlayışdır.