"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin EDİLDİ

Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində "Sumqayıt Nəqliyyat" MMC-yə yeni direktor təyin edilib.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, bu, Rövşən Vəliyevdir.
O, şirkətin rəhbərliyində Hüseyn Rəhimovu əvəz edib.
Xatırladaq ki, "Sumqayıt Nəqliyyat" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 manatdır.