Atatürk prospektində yolda məhdudiyyət QOYULDU

 14:14 26.03.2025     193

Atatürk prospektində yolda məhdudiyyət tətbiq edilib.

Bu barədə Redaktor.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonunun Atatürk prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

"Bu səbəbdən metronun “Gənclik” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət tətbiq edilir", - məlumatda vurğulanıb.