“Qarabağ da, Krasnodar da Ermənistandır” deyən çempion belə tutuldu - VİDEO

Rusiyada yaşayan erməni idmançı Vladimir Vanyan həbs edilib.
Redaktor.az “Sport-ekspress”ə istinadən xəbər verir ki, pauerliftinq üzrə dünya çempionu olan Vanyan Krasnodar vilayətinin Lenin rayon məhkəməsinin qərarına əsasən saxlanılıb.
Bildirilib ki, o, martın 24-də sosial şəbəkədə canlı yayımda separatçı bəyanatlar verib. Belə ki, Vanyan videoda “Qarabağ da, Krasnodar da Ermənistandır”, - deyib.
Bundan sonra Vladimir Vanyanın yeri müəyyən edilib və Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.
Qeyd edək ki, Vladimir Vaynan canlı yayımda Rusiyanın dövlət qurumlarını və hərbçilərini də təhqir edib.