Riyaziyyat müəllimi İrəvana necə gedib? - Özü hər şeyi danışdı

"Mənimçün bu təhdidlər heçnədir"
Redaktor.az xəbər verir ki, erməni mətbuatının əsas diqqətinə çevrilən türkiyəli videobloger Ögün Özdemir Azətbaycana qayıdıb.
O, hazırda Azərbaycanda yaşayır və riyaziyyat müəllimi işləyir.
Xatırladaq ki, Ögün Özdemir İrəvanın mərkəzində çəkdiyi video ilə gündəm olmuşdu.
Onun sözlərinə görə, Gürcüstan sərhəddindən keçərək Ermənistana daxil olub.
"Türkiyə vətəndaşı olduğumu görəndə mənə reaksiyaları birmənalı olmadı. Pasportumda həm də Azərbaycan möhürü var idi. Bunu gördükdən sonra məni sorğu sual etdilər. Mənim Qarabağda olduğumu biləndə, dedilər ora niyə getmisən?"
İrəvanın bir çox yerini gəzdiyini bildirən Ögün Özdemir məscidlərin dağıdıldığını və ermənilərin səfalət içərisində yaşadığını vurğulayıb.
"Azərbaycanlılardan qalma evlərdən yaşayırlar, yeni heçnə tikməyiblər. Özləri də bilirlər ki, bu torpaqlar, evlər azərbaycanlıların olub".
Erməni xəbər saytları videonu paylaşdıqdan sonra onun ünvanına təhdid mesajları gəlməyə başlayıb.
"Mesajlar yazaraq məni təhdid edirlər. Mənimçün bu təhdidlər heç nədir" (milli.az).