Azərbaycanda da zəlzələ OLDU

 15:21 28.03.2025     547

İmişlidə 3.4 maqnitudalı zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Redaktor.az-a verilən xəbərə görə, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Saatlı stansiyasından 11km şimalda, İmişlidə zəlzələ qeydə alınıb.

Yerli vaxtla 14:42-də, 53 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, bu gün Myanmada 7.7 bal gücündə zəlzələ baş verib.