Bu ilin ilk Günəş tutulması BAŞLADI

Bu ilin ilk Günəş tutulması başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə APA-ya Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından xəbər verilib.
Bildirilib ki, tutulma bu gün 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.
Qeyd edək ki, bu, qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.