Liderlər İlham Əliyevi təbrik etdilər - YENİLƏNDİ

 14:22 31.03.2025     274

Qabon Respublikasının keçid dövrü Prezidenti Bris Kloter Oliqi Nqema Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Redaktor.az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Müsəlman icmasının müqəddəs Ramazan bayramını qeyd etdiyi bir vaxtda Sizə, ailənizə səmimi təbriklərimi, cansağlığı, xoşbəxtlik və firavanlıq arzularımı çatdırıram.

Ramazan ayı müsəlmanlar üçün sülh, əmin-amanlıq və yüksək mənəviyyat dövrüdür. Bu ay həm də şəxsi inkişaf mənbəyi, təfəkkür və ünsiyyət baxımından mühüm əhəmiyyətə malikdir. Ümid edirəm ki, bu mübarək ay ümumbəşəri paylaşma, həmrəylik və alicənablıq dəyərlərinin möhkəmləndirilməsinə töhfə verəcək, bu günün
əsas çağırışları qarşısında fəaliyyətimizi birləşdirəcək. Cənab Prezident, Sizə ən yüksək ehtiramımı bildirirəm".

***

12:55

Əlcəzair Prezidenti Abdelmacid Tebbun İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, Əziz Qardaşım.

Müqəddəs Ramazan bayramı münasibətilə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaşxalqınıza daha böyük tərəqqi və rifah arzulayıram. Uca Allahdan bu bayramı bizə və bütün İslam ümmətinə əmin-amanlıq, xeyir və bərəkət ilə yenidən nəsib etməsini diləyirəm.

Bu əlamətdar bayram münasibətilə qardaş xalqlarımızın mənafeyinə uyğun olaraq ölkələrimiz arasındakı qardaşlıq əlaqələrini gücləndirmək, İslam ümmətimizin rifah və sabitlik şəraitində tərəqqisinə töhfə vermək öhdəliyinə sadiqliyimizi bir daha ifadə etmək istəyirəm. Zati-aliləri, Əziz Qardaşım, ən yüksək ehtiramımı və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

 

**

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Azərbaycanın Dövlət Başçısı İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.

Təbrikdə qeyd olunub:

"Hörmətli cənab Prezident,

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram".