Anar anım günündə atasının məzarını ziyarət etdi - FOTO

 14:28 01.04.2025     166

Bu gün Azərbaycanın mərhum xalq şairi, dövlət mükafatı laureatı Rəsul Rzanın anım günüdür.

Redaktor.az xəbər verir ki, anım günündə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar, AYB-nin sədr müavinləri Çingiz Abdullayev, Rəşad Məcid, AYB-nin katibləri, görkəmli qələm sahibləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Rəsul Rzanın məzarını ziyarət edib.

Rəşad Məcid giriş nitqi ilə Rəsul Rzanın böyüklüyü, Azərbaycan ədəbiyyatına gətirdiyi yenilikləri qeyd edib. Sonra çıxış edən ədəbi tənqidçi Əsəd Cahangir, şair Tahir Taisoğlu, Qəşəm Nəcəfzadə Rəsul Rza haqqında xatirələrini bölüşüblər. 

Vasif

222