Azərbaycanda 26 siyasi partiyadan 25-i maliyyə hesabatı təqdim etdi - SİYAHI

 19:48 01.04.2025     201

Azərbaycanda dövlət qeydiyyatında olan 26 partiyadan 25-i 2024-cü il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib. APA-nın xəbərinə görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası maliyyə hesabatını MSK-ya təqdim etməyib.

Redaktor.az xəbər verir ki, MSK-ya maliyyə hesabatı təqdim edən partiyalar aşağıdakılardır:

1 Yeni Azərbaycan Partiyası (YAP)

2 Ağ Partiyası (AğP)

3 Azərbaycan Xalq Partiyası (AXP)

4 Ədalət Partiyası

5 Azad Vətən Partiyası (Azad Vətən)

6 Vəhdət Partiyası (VP)

7 Demokratik İslahatlar Partiyası (DİP)

8 Haqq Ədalət Partiyası (HƏP)

9 Böyük Quruluş Partiyası (BQP)

10 Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP)

11 Müsavat Partiyası

12 Yeni Zaman Partiyası (YZP)

13 Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

14 Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)

15 Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)

16 Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası

17 Azərbaycan Demokrat Partiyası (ADP)

18 Milli Cəbhə Partiyası (MCP)

19 Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)

20 Respublikaçı Alternativ (REAL) Partiyası

21 “Ana Vətən” Partiyası (AVP)

22 Gələcək Azərbaycan Partiyası (GAP)

23 Böyük Azərbaycan Partiyası (BAP)

24 Azərbaycan Ümid Partiyası (ÜMİD)

25 Müasir Musavat Partiyası (MMP)

Qeyd edək ki, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.