Bakının bu ərazisində qaz KƏSİLDİ

 11:37 04.04.2025     196

Abşeron rayonu, Qobu qəsəbəsində ötən gün avtoqəza nəticəsində qaz xətti yararsız hala düşüb.

"Azəriqaz"dan Redaktor.az-a verilən məlumata görə, qeyd olunan səbəbdən 03.04.25-ci il tarixdə saat 23:30-dan etibarən qaz təchizatı dayandırılıb.

Məlumata görə, Qobu qəsəbəsinin bir hissəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Hal-hazırda təmir-bərpa işləri aparılır.