Vüsal Aslanov onu özünə müşavir təyin etdi - FOTO

 14:21 04.04.2025     243

"Bakı Metropoliteni" QSC-də İnsan resursları və layihələrin idarə edilməsi departamentinin sabiq rəisinə yeni vəzifə verilib.

Redaktor.az-ın "Qaynarinfo"ya istinadla məlumatına görə, sözügedən departamentin sabiq rəisi Əli Əliyev "Bakı Metropoliteni" QSC sədrinin müşaviri təyin olunub. 

Bu barədə QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, dünən Vüsal Aslanovun müvafiq əmri ilə "Bakı Metropoliteni" QSC-də İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi vəzifəsinə Cəmilə Hidayət qızı Xəlilova təyin edilib.