13 kq narkotiklə tutuldu

 09:42 05.04.2025     310

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 51 yaşlı İlqar Şahbazov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Redaktor.az-a verilən məlumata görə, ondan 13 kiloqram heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, İ.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən