Üç tanınmış hakimlə bağlı yeni qərar VERİLƏCƏK

Bakı Apellyasiya Məhkəməsinin üç tanınmış hakimi vəzifəsindən azad ediləcək.
Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, Elbəy Hidayət oğlu Allahverdiyev, Fərid İlham oğlu Əyyubov və Xəyal Əjdər oğlu Sarıyev Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunacaq.
Qeyd edilir ki, həmin hakimlərin vəzifələri dəyişdiriləcək.