GABA Biznes Alyansı təntənəli tədbir keçirdi - FOTO

 15:54 07.04.2025     131

"Four Seasons Baku" otelində GABA Biznes Alyansının yaradılmasının 3 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Redaktor.az bildirir ki, GABA — uğurlu sahibkarları, investorları və biznes liderlərini bir araya gətirən unikal platformadır.

Tədbir yüksək səviyyədə təşkil olunmuş və xüsusi olaraq bu tədbirdə iştirak etmək üçün Bakıya gəlmiş 70-dən artıq xarici qonağı bir araya toplamışdır. Qonaqlar Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Türkiyə, Moldova və Rusiya kimi ölkələri təmsil edirdilər. Onların sırasında tanınmış xarici sahibkarlar və nüfuzlu beynəlxalq korporasiyaların nümayəndələri yer alırdı.

Tədbirdə, həmçinin, yerli biznes icmasının tanınmış nümayəndələri, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri və rəsmi dövlət qurumlarının nümayəndələri də iştirak edirdilər. Bu, GABA-nın artıq təkcə biznes platforması deyil, həm də beynəlxalq əməkdaşlıq, iqtisadi diplomatiya və ictimai təşəbbüslər baxımından önəmli bir mərkəzə çevrildiyini nümayiş etdirdi.

AZPROMO-nun icraçı direktor müavini Zöhrab Həsənov tədbirdə çıxış edərək belə təşəbbüslərin ölkəyə sərmayələrin cəlb olunmasında və ixrac potensialının artırılmasında mühüm rol oynadığını vurğuladı.

Axşamın proqramına yalnız işgüzar hissə deyil, həm də mədəni çıxış daxil idi — IMEC musiqi məktəbinin rəhbərliyi ilə təşkil olunmuş musiqili proqram çərçivəsində istedadlı uşaqlar öz çıxışları ilə tədbirə xüsusi rəng qatdılar.

Tədbir zamanı, həmçinin, GABA-nın ilk günündən bu platformada olan, onun təməlində dayanan və ideyasına inanaraq yol yoldaşı olmuş şəxslərin rolu xüsusi vurğulandı. Onlara sadiqliklərinə, inamlarına və dəstəklərinə görə GABA-nın təşəkkürnamələri təqdim olundu.

GABA Biznes Alyansı inkişafını davam etdirir və beynəlxalq səviyyəyə çıxaraq əməkdaşlıq, innovasiya və sahibkarlıq ruhuna inanan insanları bir araya gətirir.

22222