"Ayıq sürücü" filminin aktyorlarına hücum edilməsi iddialarına aydınlıq GƏTİRİLDİ

 22:00 07.04.2025     107

"Ayıq sürücü" filmində iştirak edən aktyorların təhdid olunması və hücuma məruz qalması ilə bağlı iddialar araşdırılıb.

Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Buzovna qəsəbəsinin bir qrup sakini ilə aktyor heyətinin görüşü olub.

Görüşdə anlaşılmazlıq yaradan hallara görə filmdən həmin hissələrin çıxarıldığı diqqətə çatdırılıb. Aktyorlara hücum edilməsi və digər qanunsuz hallarla bağlı iddialar isə təsdiqini tapmayıb və buna görə polisə hər hansı müraciət daxil olmayıb.