Bakıda 12 hektar ərazidə yeni park SALINACAQ

 17:14 08.04.2025     227

Bakının Nəsimi rayonunda yeni park salınacaq.

Redaktor.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.

Məlumata görə, yeni park 28 May küçəsindən "The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazidə salınacaq.

BŞİH-in "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlərə başlayıb.

Parkın layihə-smeta sənədlərinin 2.45 milyon manata hazırlanacağı proqnozlaşdırılıb.