Meteohəssas insanların DİQQƏTİNƏ!

 17:29 08.04.2025     172

Sabah gözlənilən küləkli hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin güclənməsi fonunda xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.