Əfv Komissiyasının iclası KEÇİRİLDİ

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Redaktor.az xəbər verir ki, Komissiyanın üzvü Rəşad Məcidin APA-ya verdiyi xəbərə görə, bu gün komissiyanın bu il üçün 5-ci iclası baş tutub.
İclasda 100-ə yaxın müraciətə baxılıb.
Komissiyada indiyədək baxılan müraciətlərin sayı 600-ü keçib.
Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.