Sabah yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

 19:35 09.04.2025     207

Sabah duman və yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, aprelin 10-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.