Bakının bu ərazisində su OLMAYACAQ

 10:26 10.04.2025     274

Sabah saat 10:00-dan axşam saatlarına qədər Zabrat qəsəbəsinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Məlumata görə, fasiləyə səbəb qəsəbəni içməli su ilə təchiz edən xətdə təmir işlərinin aparılmasıdır.

İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Vumart və Güvən reklamı Vumart Güvən