Bakının bu rayonunda qaz KƏSİLDİ

 11:58 10.04.2025     235

Yasamal rayonu, Qanlı Göl ətrafında zədələnmiş qaz xəttinin təmir olunması məqsədilə bu gün saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Redaktor.az-a bildirilib ki, hazırda təmir-bərpa işləri aparılır.

Yeni Yasamal yaşayış massivinin, 2-ci Alatava qəsəbəsinin bir hissəsinin, MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.