AYB-nin şair İlham Qəhrəmana qarşı iddiası üzrə məhkəmə BAŞLADI

 18:30 10.04.2025     204

Azərbaycan Yazıçılar Birliyinin (AYB) şair İlham Qəhrəmana qarşı mülki ddiası üzrə məhkəmə başlayıb.

Redaktor.az xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Şəbnur Qədirovanın sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. İclasda anket məlumatları dəqiqləşdirilib.

İddia məhkəmə baxışına verilib. Proses mayın 15-də davam etdiriləcək.

Qeyd edək ki, AYB şair İlham Qəhrəmanın mənzil bölgüsündə haqsızlığa məruz qalması ilə bağlı irəli sürdüyü iddalarla bağlı məhkəməyə müraciət edib. AYB qarşı tərəfin həm üzr istəməsini, həm də maddi təzminat olaraq 5000 manat ödəməsini tələb edir (APA).